EN

Ermənilərin mənşəyi barədə Herodotun da fərziyyəsi İrəvanın xoşuna gəlmədi...

Image

Qasım Hacıyev: “Neolit, tunc dövründə, qədim çağlarda Qafqazda erməni olmayıb, yaşamayıb”

Haylar heç özləri də bilmirlər ki, hansı millətlərin qarşığından törəyib dünyaya yayılıblar, ilk dəfə harda peyda olublar. Bunu dəqiq bilməsələr də, özlərindən elə yalanlar uydururlar ki, adam məəttəl qalır. Erməni alimləri o mənbə yoxdur ki, ora əl atıb  qarışdırmasınlar. Saxtakarlıq eşqi o səviyyəyə qalxıb ki, erməni alimləri hətta tarixin atası adlandırılan  Herodotun da yazdıqlarına dodaq büzürlər.

“Armenpress” yazır ki, alimlər qədim yunan tarixçisi Herodotun ermənilərin əcdadlarının Balkan mənşəli olması ilə bağlı fərziyyəsini təkzib ediblər. KİV yazır ki, Amerikanın “Human Genetics” jurnalında dərc olunan məqalədə genetiklərin demoqrafik vəziyyəti öyrənmək üçün 57 erməninin DNT-sini oxuduqları bildirilir. Guya Qafqaz regionunda hələ tunc dövründə yaşamış insanların genetik baxmdan müasir ermənilərə “yaxın insanlar” olduğunu “təsdiq edən” sübutlar var (?). Erməni mediası yazır: “Antik dövrün yunan tarixçisi Herodotun hesabatları sayəsində ermənilərin əcdadlarının Qafqaza Balkanlardan, xüsusən də Trakyadan köçməsi ilə bağlı fərziyyə ortaya çıxıb. Bu fərziyyə sonradan bəzi dilçilər tərəfindən irəli sürülüb, lakin müasir sübutlar bu bölgədə ən azı Tunc dövründə genetik cəhətdən oxşar əhalinin yaşadığını göstərir. Üstəlik, müasir ermənilərin əcdadlarının əhəmiyyətli bir hissəsi, bütün hesablamalara görə, neolit dövründə erməni dağlarında (?) yaşayıblar”.

Ermənilər iddia edirlər ki, guya Herodot 2500 il bundan əvvəl   ermənilərin Balkan mənşəli xalq olduğunu və onların Balkanlardan Qafqaza köçüb getdiklərini yazıb. Herodot eradan əvvəl V əsrdə - 2500 il əvvəl yaşayıb. Herodot bunu eradan əvvəl V əsrdə yazıbsa, ermənilər demək istəyirlər, guya onlar hələ 2500 il bundan əvvələ  aid olan xalq olublar ki, Herodot bu fikri irəli sürüb. Ancaq ermənilər deyir ki, Herodotun yazdığı həqiqət deyil. İddia edirlər ki, ermənilər guya Qafqaz mənşəli xalqdır, guya Qafqazda Neolit dövründən yaşayırlar. Həm Herodotun sözünü inkar edirlər, həm də Herodotun sözü ilə dünyaya sırıyırlar ki, bəs bu ermənilər eradan əvvəl V əsrdən də qabaq yaşayan xalqdır ki, onlar haqda eradan əvvəl V əsrdə, yəni 2500 il əvvəl məlumat var. Yəni Herodotun da bundan xəbəri vardı ki, onları Balkanlardan köçüb getmiş xalq kimi göstərib.

“Onlar dünyanın qəbul etdiyi antik dövr mənbələrini də saxtalaşdırırlar”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin əcdadlarının bir hissəsinin Qafqazda hələ Neolit dövründə yaşadığı barədə deyilənlər uydurmadır. “Ermənilərin müəyyən mənada Herodota qarşı çıxmağı, hətta onun fikirlərini təhrif etməsi, tənqidi yanaşması artıq onların son dövrlərdə düşdükləri xəstəliklərdir. Ermənilər üçün müqəddəs heç nə yoxdur, mənbə də, tarixçi də yoxdur, ancaq guya nə varsa hamısı ermənilərlə bağlıdır. Maraqlıdır ki, erməni alimləri nəinki Heredotu, hətta özlərindən əvvəlki erməni tarixçilərini də tənqid edirlər. Bu da onunla bağlı olur ki, öz yaratdıqları yalanları sübut etsinlər. Yalanları o qədər çoxdur ki, yalanlar içində itib-batırlar, həm də bir-birini tənqid etməklə bir-birinin eybini açıb tökürlər”.

Q.Hacıyev bildirdi ki, ermənilər saxtakarlığa o qədər aludə olublar, hətta qədim mənbələri də saxtalaşdırırlar. “Onlar dünyanın qəbul etdiyi antik dövr mənbələrini də saxtalaşdırırlar, onlar üçün  buradakı arqumentlər yetərli olmayanda hətta o mənbələri inkar etmək səviyyəsinə gəlirlər. Bu da o məsələlərdən biridir. Guya Herodot ermənilərin Balkanlardan Qafqaza getməsi barədə məlumat verib, guya bu da səhvdir. Heredotun və digər qədim tarixçilərin yazdıqlarını indiki ermənilərə aid etməyin özü kökündən səhvdir. Nə təhər olur, işlərinə yarayanda özlərini erməni, yaramayanda hay adlandırırlar?  Belə ki, Ön Asiyada yaşamış armen tayfalarının, onların yaratdıqları dövlətlərin indiki ermənilərlə heç bir əlaqəsi yoxdur. Özlərinin də, başqalarının yazdıqlarıda  heç bu tarixlə uyğun gəlmir. Bu faktdır. İkincisi, hayların Balkan yarmadasından gəlməsi məlumdur, özü də elə Herodot dövründə. Amma Neolit, tunc dövründə, qədim çağlarda Qafqazda erməni olmayıb, yaşamayıb. “Erməni dağlarında yaşamaqları” bir əfsanədir, uydurma   və saxtadır. 

Başqa bir məsələ odur ki, ermənilər istər 2500, istər 5 min il bundan əvvəl mövcud olduqlarını yazsınlar, amma hamısı saxta və uydurmadır. Çünki ermənilərn nə tarixinə, nə mədəniyyətinə, nə dövlətçiliyinə dair bir qədim tarixi əsər, mənbə, fakt yoxdur. Hətta mənbələrin özlərini sonradan düzəldirlər, uydurub yazırlar. Buna cəmi 100 il əvvəl başlayıblar. XIX əsrin son illərindən başlayaraq XX əsrin ilk dövrlərində, xüsusən də Sovet dövündə ermənilərin özlərinə Cənubi Qafqazda dövlətçilik ənənəsi, dövlətçilik tarixi yaratmaları üçün onlara şərait yaradılıb. Onlar da yaradılan bu şəraitdən hər cür istifadə edib mənbələri də, xəritələri də saxtalaşdırırlar, ciddi mənbələrə, tarixi tədqiqat əsərlərinə barmaqarası yanaşırlar. Ona görə də, Avropada, Qərbdə öz xasiyyətlərinə uyğun adamlar tapıb öz yazdıqları saxtakarlıqları “elmi mənbə” kimi təsdiqlədirlər. Bu isə əsl tarix deyil. Əsl tarix qədim dövrlərdən bəri yaşamış etnosların, xalqların yaratdıqları dövlətlərdir, ərazilərində yaratdıqları şəhərləridir, o dövlətləri əks etdirən atrubutlarıdır, pulları, ticarət əlaqələridir. Bu isə mənbələrlə təsdiq olunmuş sənədlərdir. Amma ermənilərin danışdıqları da, yazdıqları da cəfəngiyatdır” - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA





Chosen
16
1
baki-xeber.com

2Sources