EN

“Azərpoçt” Ümumdünya Poçt İttifaqının seminarında təmsil olunub - FOTO

Ümumdünya Poçt İttifaqı tərəfindən 13 ölkədən məsul nazirlik nümayəndələri, tənzimləyici orqanlar və poçt operatorlarından ibarət 23 nəfər ekspertin iştirakı ilə Gürcüstanın Tiflis şəhərində seminar təşkil olunub.

Avtosfer.az “Azərpoçt” MMC-nin məlumatına istinadən xəbər verir ki, ÜPİ tərəfindən Avropa və MDB Regionu üçün milli poçt siyasətlərinin layihələndirilməsi və formalaşdırılması məqsədilə keçirilən seminarda Azərbaycan təmsil olunub.

Seminarda poçt işinin təşkili ilə bağlı qlobal tendensiyalar müzakirə olunaraq, yeni istiqamətlər təhlil edilib.

İnteraktiv müzakirələr, tematik araşdırmalar və qrup fəaliyyətləri ilə zənginləşdirilmiş seminarda hər təmsilçi öz təcrübəsini bölüşüb. “Azərpoçt” MMC-ni təmsil edən İdarə Heyətinin üzvü Elgün Rəsulov görüşdə “Azərpoçt”un yenilənmə dövrünü əhatə edən strateji məsələləri bölüşərək, icra olunmuş addımları qeyd edib: “Boston Consulting Group” ilə formalaşdırılan yeni strateji dövr və onun faydaları; Müasir poçt bizneslərinin yaradılması və işə salınması; “Azərpoçt”da transformasiya dövründə həyata keçirilən islahatlar və bundan irəli gələrək yeni metodoloji yanaşmaların tətbiqi; Müasir idarəetmə standartlarının yaradılaraq, təşkilatda uğurlu tətbiqi; Uzun və qısamüddətli dövrdə qoyulan hədəflərin icrası ilə bağlı gələcək planlar.

Qeyd edək ki, ÜPİ-nin poçt sektorunun modernləşdirilməsi və inkişafı üzrə regional layihəsi çərçivəsində təşkil olunan və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin ev sahibliyi etdiyi bu seminarda məqsəd iştirakçılara poçt islahatı və innovasiyaları həyata keçirmək üçün lazımi bilik və alətləri çatdırmaq olub.

Chosen
1
3
avtosfer.az

4Sources