Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısının "Youtube" səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsinin qarşısı alınıb.
Aznews.az xəbər verir ki, bu barədəƏqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il sentyabrın 4-də "Youtube" “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib
Qeyd edilib ki, “Yar gəldi yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır.
"Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın "Youtube"də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir.