EN

Bakının mərkəzində “Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik – VİDEO

Bakı şəhərinin mərkəzində yaşayış binasının sakinləri ilə MTK arasında qalmaqal davam edir.

NOCOMMENT xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” kooperativinin fəaliyyəti barədə bunadək mediada kifayət qədər qalmaqallı məlumatlar yayımlanıb. Hazırda da MTK rəhbərliyi ilə binanın sakinləri arasında uzunmüddətli problem davam etməkdədir. 2 ay öncə sakinlər tərəfindən imtina edilmiş xidməthaqqının bərpası üçün yeni vədlər verilmişdi. Belə ki, normal həyat şərtləri üçün binaya lazımi səviyyədə xidmət göstərilməli idi. Sakinlər bu təklifi qəbul edib xidmət haqqının ödənilməsinə görə müqavilə bağladılar və ödənişləri etməyə başladılar. Yeni müqavilədə aylıq xidməthaqqı 40 qəpiyə qədər endirilsə də, xidmətin keyfiyyəti artmadı və ümumiyyətlə yaşayış kompleksində hər hansı müsbət bir iş görülmür. Bunlara həyətin abadlaşdırılmaması, çox zəif mühafizə xidməti, yağıntı sularının düzgün idarə olunmaması sistemləri və s. aiddir. Sakinləri özlərindən çıxaran əsas məsələlərdən biri premium adlanan binanın getdikcə qəzalı vəziyyətə düşməsi riskidir. 4 gün öncə yağıntısız hava şəraiti olsa da, binanın 2-ci mərtəbəsindən naməlum xətt ilə sular birbaşa fasadla süzülərək tikilinin bünovrəsinə və küçəyə axır (video aşağıda verilmişdir). Üzücü tərəfi burasındadır ki, bu hal artıq bir neçə dəfədir təkrarlanır.

Sakinlər bildirir ki, qeyd olunan ardıcıl problemlərə görə onlar ödəniş etməkdən növbəti dəfə imtina etməkdə israrlıdırlar. Çünki MTK sahibi Babək İsmayılov növbəti dəfə sözünü tutmadığından xidməthaqqının ödənilməsi mənasızdır. 2 ilə yaxındır ki, sakinlər özləri “Təşəbbüs qrupu” yaradaraq bu istiqamətdə yaşadıqları binanın problemlərini həll etməyə çalışırlar. Həyətin abadlaşdırılması, yağıntı sularının qarşısının alınması, bir sözlə, paytaxtın mərkəzində tikilən 170 mənzillik binanın təhlükəli vəziyyətə düşməməsi üçün sakinlər həm öz vəsaitləri hesabına fəaliyyət göstərirlər. Buna isə MTK işçiləri maneə yaradır. Sakinlər bunu birmənalı olaraq, qəsdən binanın təhlükəli hala çatdırılması kimi qiymətləndirirlər. Onlar ilk və yeganə çıxış yolu kimi cəmiyyət yaradaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun binanın idarəedilməsi üzrə xidmətləri öz üzərinə götürmək və müasir tələblərə uyğun sakit, təhlükəsiz həyatlarını təmin etmək niyyətindədirlər. Bununla bağlı hər bir sakin paylanılan bröşürlər vasitəsilə maarifləndirilir və müvafiq imzalar toplanılmaqdadır.

Son – binanın fasadından axan sular – hadisəsindən sonra sakinlər tərəfindən bir neçə dəfə MTK-ya və onun rəhbəri Babək İsmayılova müraciət etsələr də, buna görə nəinki hər hansı cavab verilib, ümumiyyətlə biganə münasibət göstərilib. MTK-nın özəlləşdirdiyi 2-ci mərtəbə isə bir müddətdir ki, satışa çıxarılıb. Bu qədər problemə baxmayaraq, MTK rəhbərliyi də öz növbəsində “xidmət göstərməyi” davam etdirmək üçün sakinlərin adından saxta imzalarla sənəd tərtib edərək, təsdiq üçün müvafiq qurumlara təqdim etmək niyyətindədir. Lakin sakinlər ümid edirlər ki, aidiyyəti dövlət qurumları qanun çərçivəsində MTK-nın təqdim etdiyi saxta sənədləri qəbul etməyəcək. Onlar yüzlərlə vətəndaşın yaşadığı binanın təhlükəli hala çatması və qanunsuz hərəkətlərə qurban verilməməsi üçün sonadək mübarizə aparmağa hazırdırlar.

 

Chosen
6
8
nocomment.az

9Sources