EN

“Qarabağ”ın heyətində çoxlu təhlükəli oyunçular var” – “Lion”un futbolçusu

“Lion” sabah UEFA Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qaşılaşacaq.

Publika.az xəbər verir ki, Fransa klubunun futbolçusu Jordan Veretu oyundan bir gün əvvəl keçirilən mətbuat konfransına qatılıb. Fransalı futbolçu müxtəlif mövqelərdə oynamağa qadir olduğunu bildirib:

“Avropa Liqasının başlanğıc mərhələsidir. Bizdə bu təcrübələrdə əlbəttə ki, uğursuzluqlar oldu. Amma qarşıdakı oyunlarda yaxşı çıxış etməyə çalışacağıq.

Müxtəlif mövqelərdə oynamağa qadirəm. İstər hücumda, bəzən də müdafiədə komandama kömək edə bilərəm. Baş məşqçi hansı mövqeyə uyğun görsə, orada da oynayacam. Mənim üçün əsas komandamın uğur qazanmasıdır.

“Qarabağ”ın heyətində çoxlu təhlükəli oyunçular var. Onların qarşısını almalıyıq. Digər təhlükəli məqam Yassin Benzianın əvvəllər “Lion”da çıxış etməsidir. İndi isə “Qarabağ”ı təmsil edir.

Biz maksimum çalışırıq ki, öz performansımızı yaxşılaşdıraq. Səhvlərimizi analiz edərək, onlardan nəticə çıxarmağa çalışırıq.

Chosen
25
publika.az

1Sources