EN

BMT məruzəçisi İrana çağırış etdi: "Hesabat üçün məlumat göndərin"

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato bu ölkədəki insan haqları pozuntularını əks etdirən hesabat hazırlayır.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, May Sato dekabrın 6-dək İranda insan haqlarının, xüsusilə də qadın və qızlara qarşı zorakılıq faktlarının ona çatdırılmasını istəyib.

Qeyd olunub ki, BMT məruzəçisi insanlardan İrandakı insan haqları pozuntuları ilə bağlı məlumatların elektron poçt ünvanına sənəd olaraq göndərilməsini xahiş edib.

Chosen
3
1
sitat.info

2Sources