EN

Azərbaycan ekoloji layihələrə dəstək verirlir

Azərbaycan qlobal iqlim dəyişikliyi ilə sözdə deyil, əməldə mübarizə aparır.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü.

“Respublikamızın hər bir bölgəsində ətraf mühitin qorunmasına, ekoloji layihələrə xüsusi diqqət yetirilir. Eləcə də sənaye müəssisələrinin çox olduğu Sumqayıtda ekoloji təmizlik həm dövlət siyasətinin əsas xəttini təşkil edir, həm də əhali bu məsələyə həssas yanaşır”, – M.Vəliyeva deyib.

Deputat xatırladıb ki, vaxtilə kimya şəhəri kimi yaradılan Sumqayıtın ekologiyası sovet dövründə fəlakətli həddə idi. Onun sözlərinə görə, bu gün isə şəhərdə ətraf mühitin sağlamlaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

“Bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir. Sumqayıt günü-gündən böyüyür. Düşünürəm ki, 75 yaşı olmasına baxmayaraq, Sumqayıt bu gün öz təmizliyi, sağlam ekoloji mühiti ilə gəncliyini qoruyub saxlayıb. Bugünkü Sumqayıt 60 il əvvəlkindən daha sağlam və daha gənc görünür desək, şişirtmiş olmarıq”, – deputat deyib.

O bəyan edib ki, Sumqayıtda BMT-nin iqlim problemlərinin həllinə dair əsas tələblər nəzərə alınır və alınacaq, bundan sonra da şəhərdə ekoloji sağlamlığa xüsusi diqqət yetiriləcək.

Chosen
29
xalq.az

1Sources