EN

Moped və motosiklet sürücüləri hərəkət iştırakçısı olduqlarını niyə unudurlar? VİDEO

Yol hərəkəti qaydasını kobud şəkildə pozan motoskletçi ağır qəzaya səbəb olur...

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın 8 noyabr prospektində baş verib. Həmin anlar isə müşahidə kameralarına düşüb.

Motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçib yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur.  Bəzi moped və motosiklet sürücüləri qaydalara niyə biganə yanaşırlar?.

Qaydalara biganə qalan motosiklet və moped sürücüləri tərəfindən təkcə bu ilin 10 ayında 44 hadisə baş verib. Həmin qəzalarda ölənlər də olub, xəsarət alanlar da.

Baş Dövlət Yol Polisi İdarəsindən o da əlavə edildi ki, bu cür nəqliyyat vasitəsi idarə edən şəxslərlə proflaktik söhbətlər aparılır, onlara da hərəkət zamanı qaydalara ciddi əməl etmək tapşırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
14
xezerxeber.az

1Sources