Ana üç il qızını divanın siyirməsində böyüdüb.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Böyük Britaniyada ana öz qızını doğulandan üç il insanlardan gizlədib. Qız demək olar ki, divanın böyük siyirməsindən çıxarmayıb.
Çeşir məhkəməsi qadını 7 il müddətinə azadlıqdan məhrum edib.
Uşağı təsadüfən qadının tanış olduğu bir kişi aşkarlayıb. Kişi tualetə gedən zaman qapalı otaqdan “uşaq səsinə bənzər bir səs” eşidib.
Təsadüfi bir qonaq tərəfindən aşkar edilən qızın ciddi problemləri var. O, çox ciddi şəkildə arıqlayıb və susuzluqdan əziyyət çəkən, saçları qarışıq vəziyyətdə olub. Qızın yeriyə və danışa bilmədiyi də məlum olub.
Xuraman Etibarlı
İnterpress.az