EN

Polşa avrodan imtina edir

Polşanın demək olar ki, hər ikinci sakini (48%) ölkədə avronun tətbiqinə qarşı çıxıb.

Bu barədə  OXU24.COM  THINK Fondunun araşdırmasının nəticələrinə istinadən yazır.

Respondentlərin yalnız 23%-i Polşanın vahid Avropa valyutasına keçidini dəstəkləyir.

Müqayisə üçün: 2002-ci ildə Polşanın avroya keçidinin mümkünlüyü ilə bağlı ilk sorğunun nəticələrinə görə, respondentlərin 90%-i belə bir fikrin tərəfdarı olub.

Polyaklar avronun meydana çıxması ilə ölkədə qiymətlərin qalxacağından və “kəmərlərini sıxmaq” məcburiyyətində qalacaqlarından ehtiyat edirlər. Onlar həm də ÜDM-in azalması perspektivindən qorxurlar.

Polşa iyirmi il əvvəl, 2004-cü ildə Avropa Birliyinə üzv olub. Həmin il daha doqquz ölkə assosiasiyaya qoşuldu. O vaxtdan bəri yalnız üçü avroya keçməyib - Polşa, Macarıstan və Çexiya.

Bu gün Polşada rəsmi pul vahidi zloti olaraq qalır. Bu gün avronun məzənnəsi 4,3 zlotiyə bərabərdir.

Noyabrın 27-i çərşənbə günü avronun Rusiya valyutasına qarşı məzənnəsi 114 rublu ötüb.

Əvvəllər turoperatorlar zəif rublda üstünlüklər görürdülər.

 

Nigar

Chosen
21
oxu24.com

1Sources