EN

Paşinyan Putinin Yerevan sammitinə gəlişindən qorxdu - Onu ya həbs etməli, ya da Beynəlxalq Cinayət Məhkəməsinə özü cavab verməlidir...

Image

 “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İttifaqının sammitinin Sankt Peterburqda keçirilməsi barədə qərarına dair maraqlı paylaşım edib.  A.Quliyev yazır: "2024- cü ilin ərzində Ermənistan Avrasiya İqtisadi İttifaqında sədrlik etsə də, bu ildə artıq 2- ci dəfə onun sammitinin Yerevanda keçirilməsini əngəlləyir. Hətta məlumatlara görə rəsmi Yerevan sabah- noyabrın 28- də Peterburqda Avrasiya İttifaqının sammitinin keçirilməsini rəsmən xahiş edib. Maraqlı deyil? Ermənistan bu ittifaqın ən çox fayda götürən tərəfi və sədri olmasına baxmayaraq Zirvənin Yerevanda keçirilməsini niyə istəmir?..
Məncə Paşinyan Rusiya prezidenti Putini sadəcə olaraq Yerevanda görmək istəmir. Rusiya liderinin Yerevanda nümayişkaranə peyda olması Paşinyanın hesablamalarına görə Moskvapərəst refanşçı qüvvələri həvəsləndirə bilər və bu da Paşinyanın hakimiyyəti üçün təhlükəli ola bilər.

Digər tərəfdən, Putinin Yerevana gələcəyi halda Beynəlxalq Cinayət Məhkəməsinin orderinə uyğun olaraq Paşinyan Putini ya həbs etdirməlidir, ya da üzvü olduğu BCM- in Roma statutunu pozduğu üçün özü cavab verməlidir...
Paşinyanın nəyinə lazımdır "ağrımaz başına duz bağlasın"?! Ona görə də ən rahat çıxış yolu olaraq İttifaqın sammitinin Peterburqda keçirilməsini Rusiyanın üstünə atdı.
Bundan başqa, Sammitin Yerevanda keçiriləcəyi təqdirdə Putinin oraya gəlməsi də sual altındadır. Putin belə mürəkkəb vəziyyətdə yəqin ki, "Paşinyanın ipinin üstünə odun yəğmazdı"....   
Demək, Ermənistanın sədr olduğu dövrdə Avrasiya İqtisadi İttifaqının sammitinin Yerevanda yox, Peterburqda keçirilməsi Putinin də, Paşinyanın da siyasi maraqlarına cavab verir...."

Mətləb






Chosen
23
baki-xeber.com

1Sources