EN

Daha bir rektor işdən çıxarıldı

Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə deputat seçilib.

O, 2020-ci ilin fevralında Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilmişdi.

Chosen
13
3
oxu24.com

10Sources