Bakı. Trend:
Milli Məclisin komitə və plenar iclaslarında mütəmadi olaraq,pensiya sistemi daxil olmaqla, sosial sfera ilə bağlıtəkliflərimizi təqdim edirik. O təkliflərin bir qismi artıqqanunvericilikdə, beynəlxalq qaydalarda öz əksini tapıb, ocümlədən, işsizlikdən sığorta ilə bağlı qaydaların dəyişdirilməsivə ünvanlı sosial yardım kimi aktiv proqramlarla bağlı biziməvvəlki dövrlərdə təqdim etdiyimiz təkliflərin bir qismi artıqqanunvericilikdə yer alıb.
Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisindeputatı, iqtisadçı Vüqar Bayramov deyib.
O qeyd edib ki, pensiya kapitalı ilə bağlı təkliflər beynəlxalqpraktikaya əsaslanır.
"Bununla bağlı biz Sinqapur da daxil olmaqla, bir neçə ölkəninmodelini öyrənmişik və həmin modellər əsasında məhz bu təklifəritəqdim etmişik. Təbii ki, daha çox həm qonşu ölkələr, həm də qeydetdiyim Singapur və ABŞ modelinə baxılıb, Azərbaycan üçün uyğunhesab etdiyimiz məsələlərin təklif formasını təqdim etmişik.
Bunun maliyyə qiymətləndirməsinin aparılması, daha sonraqurumlar tərəfindən qərarların verilməsi mümkündür. Amma biz millətvəkili olaraq təkliflərimizi təqdim edirik və təkliflərinqiymətləndirməsi hökumət tərəfindən aparılır. Çünki onun maliyyəyükünün bütün sektorlara təsirlərinin qiymətləndirməsi həyatakeçirilir.
Amma istər pensiya, istərsə də digər sosial istiqamətlərdətəkliflərimizin təqdimatı davam edəcək. Düşünürük ki, pensiyakapitalı ilə bağlı bu gün beynəlxalq praktikada tətbiq edilənüstünlüklərin və ya təcrübələrin Azərbaycanda tətbiq olunmasıməqsədəuyğun olardı, o cümlədən, pensiya kapitalından istifadə iləbağlı yeni mexanizmin hazırlanması və tətbiqini məqsədəuyğun hesabedirik", - deyə o bildirib.