Yığmamızın sabiq baş məşqçisi Kazbek Tuayevlə əlaqə saxlayıb, mövcud durum barədə fikirlərini öyrəndik:
“İndi günahkar axtarmağa dəyməz. Belə xoşagəlməz durumlardan düzgün nəticə çıxarmaq lazımdı ki, gələcəkdə D liqasında uğurlu çıxış edə biləkn. Qorxulu heç nə baş verməyib.D liqasında ən yaxşı olduğumuzu göstərməliyik. Bu gün üçün əsas vəzifə budu. 4-5 il bundan sonra nə olacağını düşünmək abstrakt yanaşmadı. Mən də istərdim ki, 5 il sonra döyüşkən komanda yaradaq. Vəziyyəti baş məşqçi dəyişməlidi ki, adamlar stadiona həvəslə, əsl futbola baxmağa getsinlər. Əlbəttə, belə böyükhesablı məğlubiyyətlər heç kimə şərəf gətirmir. Niyə indi biz boş-boşuna, axmaqca günahkar axtarışı ilə məşğul olmalıyıq? Uşaq futbolunu, başqalarını günahlandırırq... Futbolumuz heç də ən pis deyil. İndi çox xoşagəlməz zərbə almışıq. Heç nə olmaz, dözəcək və özümüzü mütləq ən yaxşı tərəfdən göstərəcəyik. Əcnəbi, yerli mütəxəssis ayrıcalığı etmək düzgün deyil. Meydana bir komanda çıxır və həmin komanda öz simanızı göstərir”.
RÖYANƏ OĞUZ