Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Publika.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker saxlanılıb.
Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.