EN

Saxta iş elanlarının sayı artır?

Paytaxtın müxtəlif ərazilərində divarlarlara müxtəlif növ iş elanları yapışdırılır.

İş axtaran bəzi şəxslər də bu elanlardakı şirnikləşdirici sözlərə aldanaraq, qeyd olunan əlaqə nömrəsi ilə əlaqa yaradırlar.

Üstəlik, onların ofislərinə gedir və iş danışıqlarına başlayır, üzərindəki son manatını da depozit kimi ödəyir. 

Ancaq günlər keçir, həmin şirkətdən işlə bağlı heç bir xəbər çıxmır. 

Hüquqşunas Əkrəm Həsənov Hit.az-a deyib ki, vətəndaş da elan əsasında göstərilən ünvana gedirsə, bu, artıq onun inanması ilə bağlıdır:

“Ortada elan verən şəxslə müraciət edən şəxs arasında depozitin verilməsi ilə bağlı müqavilə imzalanması və ya imzalanmaması məsələsi var. Əgər müqavilə varsa, o zaman vətəndaş diqqətli olsun və şərtlərə baxsın. Əgər şərtlərdə vətəndaşın ödədiyi depozitin müqabilində şirkət onun işlə təmin olunması üçün axtarışın edilməsi ilə bağlı müddəa əks olunubsa, amma iş yeri tapılmayıbsa, “biz heç nə edə bilməyəcəyik və pulu da qaytarmayacağıq” – cavabı verilirsə, deməli burada qanunsuzluq yoxdur. Ancaq tərəflər arasında müqavilə bağlanmayıbsa, o zaman bu, vətəndaşın aldadılmasıdır və vətəndaş da bununla bağlı aidiyyatı orqanlara şikayət edə və pulun qaytarılmasını tələb edə bilər”.

Sevinc

Chosen
18
50
hit.az

10Sources