EN

Britaniyada məhbuslar siçovul və hörümçəklərin hücumuna məruz qalır

Böyük Britaniya həbsxanalarında siçovulların və hörümçəklərin sayı kəskin artıb.

HİT.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti müstəqil müşahidəçilərin təhlilinə istinadən yazır.

“Oksfordşirdəki Bullinqdon həbsxanasında məhbusları zəhərli dul hörümçəklər dişləyib, Suffolkdakı Hallsley Bay həbsxanasında isə məhbus zibilləri çeşidləyərkən siçovul dişləyib. Pentonville həbsxanasında siçovulların sayı o qədər çoxdur ki, mətbəx 2024-cü ilin aprelində üç ay müddətinə müvəqqəti bağlanmalı olub. Məhkumlar sendviçlərlə və bir axşam dondurulmuş ordu yeməkləri ilə yaşamalı olublar", deyə nəşr əlavə edib.

Bundan əlavə, müstəqil müfəttişlər öz hesabatlarında tarakanların işğalı, milçək dişləmələri ilə bağlı dəlilləri sadalayıblar və yataq böcəkləri səbəbindən xidmətdən çıxarılan kameralardan danışıblar.

Müşahidəçilər əlavə ediblər ki, Britaniya həbsxanaları da tez-tez daşqın və sızmalardan əziyyət çəkir.

Noyabrın əvvəlində “The Times” qəzeti yazıb ki, İngiltərədə vaxtından əvvəl azad edilmiş minlərlə məhbus azadlığa çıxdıqdan sonra törətdikləri cinayətlərə görə həbsxanaya qayıdıblar. Aprel-iyun aylarında həbsxanaya qaytarılan cinayətkarların sayı 44% artıb.

Samir
 

Chosen
26
hit.az

1Sources