EN

ABŞ Venesuelanın 21 vətəndaşına qarşı sanksiya tətbiq edib

ABŞ Venesuelanın daha 21 rəsmisinə, o cümlədən Nazirlər Kabinetinin üzvləri, səlahiyyətli orqanlar və kəşfiyyat xidmətlərinin əməkdaşlarına qarşı sanksiya tətbiq edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün Vaşinqton və Karakas münasibətlərinə həsr olunmuş xüsusi onlayn brifinqdə çıxış edərkən bildirib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, onlar “demokratiyanı sarsıtmaq” və “insan hüquqlarının pozulması” ilə məşğuldurlar. Mənbə qeyd edib ki, ümumilikdə, ABŞ bu ittihamlara əsasən Venesueladan olan 180 fiziki və 100 hüquqi şəxsə sanksiya və viza məhdudiyyətləri tətbiq edib.

Chosen
4
8
musavat.com

9Sources