Bu gün Çində həbsdə olan 3 amerikalı azadlığa buraxılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Bəyanatda deyilir ki, Çində günahsız həbs edilən 3 amerikalı bu gün azad olunub: "Uzun müddət günahsız olaraq tutulan Mark Svidan, Kai Li və Con Leunq adlı amerikalılar Çin Xalq Respublikasında həbsxanadan azad edilib. Onların ailələrinə qovuşmasından çox məmnunuq".
Firudin Səfərli
MÄ°A.AZ