EN

Cermukda nələr baş verir? – Ermənistan MN-dən son dəqiqə açıqlaması

Ermənistan Müdafiə Nazirliyi Cermuk (Çarmıx – Dərələyəz mahalı) bölgəsindən qoşunların çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, nazirlik sözügedən məlumatı təkzib edib və insanları çaxnaşma yaratmamağa çağırıb.

“Ermənistan Silahlı Qüvvələri xidmətini davam etdirir və öz vəzifəsini yerinə yetirir”, – nazirliyin mətbuat katibi Aram Torosyan vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrin Ermənistan seqmentində Cermukdan qoşunların çıxarılması haqda məlumat yayılıb. /globalinfo.az/

Chosen
18
turkustan.az

1Sources