UEFA Konfrans Liqasının əsas mərhələsində IV turun oyunlarına start verilib.
Modern.az xəbər verir ki, günün yeganə qarşılaşmasında Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” doğma meydanda Moldovanın "Petrokub" klubu ilə üz-üzə gəlib.
Başakşəhər Fatih Terim Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının əsas mərhələsinin V turuna dekabrın 12-də start veriləcək.