EN

“Apple” Çində süni intellekt platforması ilə bağlı çətinliklərlə üzləşə bilər

Fins.az - Amerikanın “Apple Inc.” şirkəti Çində böyük dil modellərinin (LLM) tətbiqi imkanlarını nəzərdən keçirirdi.

Çinin Kiberməkan Administrasiyasının (CAC) yüksək səviyyəli rəsmisi qəzetə bildirib ki, “Apple” və digər xarici şirkətlər üçün öz modellərini yerləşdirmək üçün icazə almaq prosesi uzun və mürəkkəb olacaq.

Bildirili ki, bu şirkətlər üçün ən yaxşı ssenari yerli şirkətlər ilə tərəfdaşlıq etmək olardı. Həmin şəxs qeyd edib ki, artıq təsdiqlənmiş Çin LLM-ləri üçün təsdiq almaq nisbətən asan olacaq.

“ChatGPT” “chatbot” və digər “generativ” (məzmun yaradan) süni intellekt (AI) alətləri LLM-ə əsaslanır.

Çində “generativ” süni intellekt xidmətlərini ictimaiyyətə təqdim etmək üçün icazənin alınması prosesi adətən bu cür modellərin rəsmi sınaqdan keçirilməsini nəzərdə tutur.

“Apple”, son aylarda Çin texnologiya şirkətləri ilə onun “Apple Intelligence” AI platformasını yerli istehlakçılara təqdim etməsinə kömək etmək barədə müzakirələr aparır və CEO Tim Kuk bazar ertəsi ölkəyə növbəti dəfə səfərə gəlib.

Chosen
21
22
fins.az

10Sources