EN

iPhone telefonu oğurlanmış şəxslərin NƏZƏRİNƏ

Fırıldaqçılar tərəfindən bloklanmış "iPhone" telefonuna çıxışı bərpa etmək qeyri-mümkündür.

Bu barədə "aif.ru"ya rusiyalı rəqəmsal mütəxəssis Aleksandr Vurasko bildirib.

Ekspertin fikrincə, əgər qurban "App Store"də mövcud olmayan tətbiqləri yükləmək bəhanəsi ilə öz "iPhone" cihazında fırıldaqçıların "Apple ID" hesabını aktivləşdiribsə, yeganə çıxış yolu "Apple"nin dəstək xidmətinə müraciət etməkdir.

"Fırıldaqçılar iOS əməliyyat sisteminin standart təhlükəsizlik metodlarından cihazın oğurluqdan qorunması üçün istifadə edirlər. Məsələ burasındadır ki, dəstək xidməti sizin bu cihazın qanuni sahibi olduğunuzu təsdiq etmək üçün hansı sənədləri tələb edəcək. Onlar alış barədə qəbz də daxil olmaqla istənilən məlumatı tələb edə bilərlər", - deyə Vurasko qeyd edib.

Ekspert əlavə edib ki, fırıldaqçıların tələb etdiyi məbləği ödəmək belə cihazın blokunun açılmasına zəmanət vermir. "iPhone" telefonunun başqa bir hesaba bağlanması isə onu, demək olar ki, fırıldaqçının cihazına çevirir./baku.ws

Chosen
25
news24.az

1Sources