EN

Ukrayna yeni tərkib dövründə Aİ-yə üzv ola biləcək-ZELENSKİ

Ukrayna Avropa Komissiyasının, mandatı beş il davam edəcək yeni tərkibinin fəaliyyəti dövründə Avropa İttifaqına (Aİ) üzv ola biləcək.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X hesabında yazıb.

Dövlət başçısı Prezident Ursula Fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasının yeni tərkibinin Avropa Parlamenti tərəfindən təsdiqini alqışlayıb.

Zelenski Avropa Komissiyasının yeni tərkibinə vahid Avropanın möhkəmləndirilməsində və Aİ-nin qlobal lider kimi rolunun gücləndirilməsində uğurlar arzulayıb. O, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı əsas məsələlər üzrə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Chosen
37
8
azpost.info

10Sources