EN

Könüllülər üçün kurslar davam edir

Noyabrın 27-də gənclər həmkarlar ittifaqı rəhbərləri mövzuları dinləyərək qrup dərslərində fəal iştirak ediblər, yəni: Layihənin idarə edilməsinin əsasları. Təşəbbüs. Planlaşdırmanın əsasları. Planlaşdırma cədvəli, büdcə, risklər .İcra, Dəyişiklik və Komanda işi. Layihənin tamamlanması- İlahə Mastaliyeva-AR Əmək və Əhalinin sosial Müdafiə Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Proqramlar və Layihələr ” şöbəsinin mütəxəssisi, İKT sahəsində gələcəyin peşələri. Peşələrin rəqəmsallaşması, Heydər Şükürov – AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AzinTelekom MMC şöbə müdiri, AR Əmək Məcəlləsi: izahlar və şərhlər - Nailə Qəhrəmanova – Azərbaycan Əmək və Sosial Münasibtlər Akademiyası “Hümanitar fənlər” kafedranın müdiri. 

Sosial layihələrin hazırlanması ilə bağlı praktiki məşğələni xüsusi qeyd etmək istərdim və burda həmkarlar ittifaqı liderləri əldə etdikləri bilik və bacarıqları nümayiş etdirməklə yanaşı, layihələrin hazırlanması və həyata keçirilməsinə də bacarıqla yanaşıblar. Dinləyicilər hər biri xüsusi maraq doğuran aşağıdakı mövzular üzrə layihələr hazırlamışlar, o cümlədən “Sosial yardım autizm uşağlara”, “_Psixoloji problemli övladları olan valideynlərə dəstək”, “Şəhid ailələrinin övladlarının xaricdə təhsil almağı üçün imkan yaratmaq.”. Təqdimat onun həyata keçirilməsinin bütün mərhələləri üzrə tərtib edilmiş və bütün komanda onların müzakirəsində fəal iştirak etmişdir.

Bununla əlaqədar qeyd etmək istəyərdik ki, müvafiq mövzu üzrə hər bir təlimatçı interaktiv metodlardan istifadə etməklə öz təqdimat mövzularını peşəkarcasına açmaqla yanaşı, həm də bütün sualları əsaslandırma ilə cavablandırıb ki, bu da kurs iştirakçıları tərəfindən çox müsbət qiymətləndirilib

Chosen
29
tehsil.biz

1Sources