EN

Yunanıstan Rusiya silahlarını Ermənistana verir? - Zaxarovadan açıqlama

Moskva Yunanıstandan Rusiya hərbi məhsullarının Ermənistana təkrar ixracı ilə bağlı heç bir müraciət almayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Yunanıstan mətbuatının Afinanın S-300 və Rusiya istehsalı olan digər kompleksləri Ermənistana verməyə hazırlaşması ilə bağlı yayılan məlumatları şərh edərkən bildirib.

O, hərbi-texniki əməkdaşlığa dair 1995-ci il 30 oktyabr tarixli və hərbi məhsulların tədarükünə dair 2013-cü il 3 dekabr tarixli ikitərəfli hökumətlərarası sazişlərin müddəalarına əməl olunmasının zəruriliyini xatırladıb. “Onlar birmənalı olaraq Yunanıstana Rusiyanın razılığı olmadan bizim tərəfimizdən tədarük edilən hərbi texnikanın təkrar ixracını qadağan edirlər, lakin hazırda Yunanıstan tərəfindən heç bir müraciət almamışıq”, - deyə diplomat sözünü yekunlaşdırıb.

Chosen
7
3
publika.az

4Sources