EN

Xronika: "Rusiya iki türk imperiyası - Osmanlı və Qacarlar arasında erməni bufer zonası yaratdı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Bismark əlini tribunaya vurub erməniləri Berlin konfransından qovdu" adlı veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov Çar Rusiyasının Qərbi Azərbaycanda etnik təmizləmə siyasətindən söz açıb.
Bildirilib ki, İrəvan quberniyasının əraziləri keçmiş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları idi.
O deyib ki, Rusiya iki türk imperiyası - Osmanlı və Qacarlar arasında erməni bufer zonası yaratdı: "Qərbi Azərbaycana təkcə ermənilər deyil, duxoborlar və subotniklər də köçürüldü. Rusiya imperiyası yerli etnik türklərə və onların mədəniyyətinə, toponimlərinə qarşı genosid törədib. Çar Rusiyası öz köçürdüyü erməniləri bölgənin etibarlı xalqı hesab edib, onlara tarix, ərazi yaratdı".
Onun sözlərinə görə, Ukrayna mənşəli rus sərkərdəsi İvan Paskeviç I Nikolaya "bizim apardığımız bu siyasət yerlərdə yerli əhalinin qıcığına səbəb olacaq" xəbərdarlığını edib: "Rusiyanın xarici işlər nazirinin cavabı isə belə olub ki, bizim məqsədimiz Cənubi Qafqazda ermənilərə dövlət yaratmaq deyil, türklərə qarşı sipər qurmaqdır".
Tarixçi diqqətə çatdırıb ki, alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs olan Otto fon Bismark əlini tribunaya vurub erməniləri Berlin konfransından qovub.
Z.Əmrahov sonda Rusiyanın Qərbi Azərbaycanda etnik təmizləmə siyasətindən, türk dövlətləri arasında bufer zonası yaratmaq üçün ermənilərin Qafqaza gətirilməsindən söz açıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
39
24
oxu.az

10Sources