EN

Tramp ÜST-nin illik büdcəsinin dörddə birini kəsməklə hədələyir: Dünya səhiyyəsini nə gözləyir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp ölkənin təşkilatdan çıxması ilə bağlı təhdidlərini həyata keçirsə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ən böyük donorunu və yüz milyonlarla dollar itirmə riski ilə üzləşəcək.
Oxu.Az-ın məlumatına görə, "Politico" qəzeti belə bir qiymətləndirmə aparıb.
Ekspertlərin xəbərdarlığına görə, bu addım son dərəcə gərgin dövrdə qlobal səhiyyə sisteminə ciddi zərbə vura bilər.
ABŞ-nin töhfələri ÜST-nin əsas illik büdcəsinin təxminən 25%-ni (son illərdə 162 milyon dollardan 816 milyon dollara qədər) təşkil edir. Tramp artıq ilk prezidentlik müddətində Amerikanı təşkilatdan çıxarmağa cəhd edib və ÜST-ni Çinin tam nəzarəti altında olmaqda ittiham edib. İndi, yenidən hakimiyyətə gələrək, o, bu addımı Konqresin təsdiqi olmadan birtərəfli qaydada həyata keçirə bilər.
Belə böyük donorun itirilməsi təşkilatın Afrikada vəba və qripə qarşı mübarizə aparmaq, Qəzza və Sudan kimi münaqişə zonalarında yardım göstərmək qabiliyyətini zəiflədəcək.
Bundan əlavə, ABŞ rəsmilərinin sözlərinə görə, ölkənin əczaçılıq şirkətləri dünya bazarında öz preparatlarının təşviqi üçün ÜST-nin dəstəyini itirə bilər. Ölkə, həmçinin qripə nəzarət üzrə qlobal şəbəkəyə və peyvəndlərin tərkibinin müəyyənləşdirilməsinə çıxışını itirəcək.
Xatırladaq ki, Trampın sələfi Co Bayden 2021-ci ildə vəzifəyə başlayandan dərhal sonra onun ÜST-dən çıxmaq qərarını ləğv etmişdi. Lakin indi, Trampın Ağ Evə qayıtması ilə dünya səhiyyəsinin bu mühüm institutun gələcəyi yenidən sual altına düşüb.
Chosen
54
50
oxu.az

10Sources