Bakı. Trend:
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və BMT-ninbaş katibi Antonio Quterreş Yaxın Şərqdəki vəziyyəti və Rusiyanınkənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarınatədarükünün normallaşdırılması vəzifələrini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlərNazirliyinin saytında bildirilib.
"Həmsöhbətlər Yaxın Şərqdə, ilk növbədə, işğal olunmuş Fələstinərazilərində və Livanda mövcud vəziyyət və hazırkı misli görünməmişböhranın aradan qaldırılması perspektivləri barədə fikir mübadiləsiaparıblar", - deyə bildirilib.
Məlumata əsasən, bundan əlavə, qlobal ərzaq təhlükəsizliyinintəmin edilməsi maraqları naminə Rusiya-BMT profil memorandumununhəyata keçirilməsi üzrə işlərin bir hissəsi kimi Rusiyadan kəndtəsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına tədarükününnormallaşdırılması vəzifələri müzakirə edilib.