ABŞ-nin Yaponiya ərazisində ortamənzilli raketlər yerləşdirməsi Rusiyanı öz müdafiə qabiliyyətini gücləndirmək üçün addımlar atmağa məcbur edəcək və bu addımlar nüvə doktrinasının yenilənmiş müddəalarına uyğun olacaq.
İndex.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ və Yaponiyanın Tayvan ətrafında böhran halında Yaponiyanın Nansey adalarında və Filippində Amerika raket bölmələri yerləşdirə biləcəyi barədə Yaponiya mətbuatının yaydığı məlumatları belə şərh edib.
“Asiya-Sakit okean regionunda Amerika raketlərinin yerləşdirilməsi orada sabitliyin qorunmasına kömək etmir, yalnız silahlanma yarışını qızışdırır, münaqişə səviyyəsini artırır və strateji risklərin artmasına səbəb olur. Biz Yaponiya tərəfini dəfələrlə xəbərdar etmişik ki, əgər belə əməkdaşlıq nəticəsində onun ərazisində ABŞ-nin orta mənzilli raketləri yerləşdirilərsə, bu, ölkəmizin təhlükəsizliyinə real təhdid yaradacaq və biz öz müdafiə qabiliyyətimizi gücləndirmək üçün zəruri adekvat addımlar atmağa məcbur olacağıq”, – o vurğulayıb.