EN

Avrokubok matçında “Bayatı şiraz” səsləndirildi: “Mən qəsdən susdum” - VİDEO

Konfrans Liqasının Liqa mərhələsində IV tura start verilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib.

"Başakşehir" doğma meydanda Moldova təmsilçisi "Petrokub"la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Piontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.

Əvvəlki 3 matçda 1 heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-ə çatıb. "Petrokub" isə ilk xalını qazanıb.

Bu matçın fasiləsində maraqlı anlar yaşanıb. Başakşəhər Fatih Terim adına stadionda “Bayatı şiraz” muğamı səsləndirilib.

Görüşü yayımlayan “CBC Sport”un şərhçisi Gündüz Abbaszadə canlı efirdə “mən qəsdən susdum” söyləyib.

Həmin anın videosunu təqdim edirik:

Chosen
18
sportinfo.az

1Sources