EN

Siyavuş Novruzovdan OLAY KİMİ sözlər: "Həqiqəti tapıb..."

Siyavuş Novruzov: “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında səslənən tənqidi fikirlərlə bağlı çıxış edib.

Hurriyyet.az xəbər verir ki, S.Novruzov problemlərin qaldırılmasından bəhs edərkən “biz çalışmalıyıq ki, reallıqlar və həqiqətlər birbaşa vətəndaşa çatsın”, deyib.

Ardınca konkret faktlara istinad edib: “Məsələn, şəhid ailələrinə diqqətlə bağlı danışırlar. Şəhid ailələrinə dövlət tərəfindən birbaşa 11 min manat sığorta verilir. Lakin dövlətdən başqa onlara digər strukturlar da vəsait təqdim edir. Heydər Əliyev Fondu da, Yaşat Fondu da 11 min manat verir. Bu gün "Youtube"də çıxış edənlər o 11 min manatdan yapışır, 33 min manatdan yox. Biz istəyirik ki, 33 min manat çatdırılsın. Nümunə kimi Rusiyanı və başqa ölkələri göstərirlər. Biz isə deyirik ki, bir uşağı olana ikiotaqlı, iki uşağı olana üçotaqlı mənzil verilir. Bakıda belə bir mənzil verilirsə, bu, 100 min manatdan artıq vəsait deməkdir. Yəni əlavə 100 min manat təqdim olunur. Onun da üzərinə digər müavinətlər, eləcə də Prezidentin müavinəti əlavə olunur. Bunları biz öz tərəfimizdən lazımi qaydada çatdırırıq. Digər mənbələr də bunu belə formada çatdırsın ki, vətəndaş oxuyanda o “Youtube”də aldadanların ardınca gedib, onların təbliğatının təsiri altına düşməsin. Vətəndaş məsələni qaldırıb, onun seçdiyi deputat həmin məsələyə toxunmayanda düşünür ki, “Youtube”də danışanlar onun xətrini daha çox istəyir".

Komitə sədri qeyd edib ki, parlament diskussiya yeridir: “Ona görə də diskussiya aparmalı və həqiqəti tapıb müəyyən qanun qəbul etməliyik. Odur ki, bu diskussiyaya normal baxmaq lazımdır və normal qeyd eləmək lazımdır. Kim nə cür yazır-yazsın, söhbət ondan getmir. Kiminsə kiminləsə şəxsiqərəzliyi yoxdur. Bizim hamımızın marağımız dövlət başçısının apardığı siyasət, onun müdafiəsi, dövlətimizin gücüdür”.

Musavat.com

Chosen
11
2
hurriyyet.az

3Sources