EN

Yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVA

Bakı. Trend:

Noyabrın 28-i saat 9:00-a olan məlumatına əsasənhazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı havaşəraiti hökm sürür.

Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bölgələrdə də yağıntılı hava şəraitimüşahidə olunur.

Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, NaxçıvanMR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntıqeydə alınıb.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyüSarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib,küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s,Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16m/s-dək güclənib.

Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı,Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik,Qobustanda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədəkməhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9,Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıqrayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.

Chosen
5
49
az.trend.az

10Sources