Bakı. Trend:
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanıyolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Trend-in xəbərinə görə, bu barədə Daxili İşlərNazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)məlumat yayıb.
Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetməMərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarındadəyişiklik edilib.
Eyni zamanda, tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahişolunub.