EN

Rusiya Ukraynanın enerji obyektlərinə kütləvi şəkildə hücum edir

Ukraynanın bütün regionlarında Rusiyanın kütləvi raket və dron hücumu səbəbindən Ukraynada təcili olaraq elektrik enerjisi kəsilib...

Poliqon xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.

“Yenə enerji sektoru düşmənin kütləvi hücumu altındadır. Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir”, deyə nazir “Ukrayinska Pravda” nəşrinə açıqlamasında qeyd edib.

Nazir əlavə edib ki, Rusiya hücumları ilə əlaqədar transmissiya sisteminin operatoru “NEC Ukrenergo” təcili olaraq fövqəladə elektrik kəsilməsini tətbiq edib.

Qaluşenkonun sözlərinə görə, hücumun nəticələri barədə məlumat təhlükəsizlik şəraiti imkan verən kimi dəqiqləşdiriləcək.

Poliqon.info

Chosen
11
poliqon.info

1Sources