EN

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,57% azalaraq 74,79 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 75,22 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"

Chosen
12
7
cebheinfo.az

10Sources