EN

Bakı Telefon Rabitəsi ilə bağlı qərar açıqlandı

Yasamal Rayon Məhkəməsində "Bakı Telefon Rabitəsi" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, MMC cərimələnib.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Həsən Hüseyn oğlu Ömərovdur.

 

Xəyal Quliyev

Tarix: 28 Noyabr 2024, 10:44   
Chosen
11
6
pravda.az

10Sources