EN

İndoneziyada torpaq sürüşməsi nəticəsində 27 nəfər ölüb

İndoneziyanın Şimali Sumatra əyalətində torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb, itkin düşənlərin axtarışları davam edir.

“EDnews” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Qüvvələrimiz itkin düşənlərin axtarışına və sürüşmə nəticəsində zərər çəkmiş yolların təmizlənməsinə yönəldilib”, - fövqəladə hallarla mübarizə üzrə Milli agentliyin nümayəndəsi bildirib.

Qeyd olunub ki, əyalətdə sürüşmələrə güclü yağışlar səbəb olub. Yaşayış binalarına, məscidlərə və çəltik sahələrinə ziyan dəyib.

 

Chosen
10
5
ednews.net

8Sources