EN

“LEF Network Azerbaijan” layihəsinin başa çatdırılma vaxtı açıqlandı

Bakı. Trend:

“LEF Network Azerbaijan” layihəsi Azərbaycanda İKT, yaşıltexnologiyalar, təhsil, interyer dizaynı və ticarət əlaqələrinininkişafı üçün məhsullar kimi dörd sektoru dəstəkləyir.

Trend xəbər verir ki, bunuLatviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələridepartamentinin direktoru Liqa Siçeva Bakıda "Azərbaycan-Latviyainformasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbirçərçivəsində bildirib.

"Biz çox şadıq ki, Latviya Ticarət və Sənaye Palatası “LEFNetwork Azerbaijan” layihəsində əsas aparıcı tərəfdaş rolunuoynayır. Layihə hazırda aralıq mərhələdədir, lakin 2025-ci illayihənin başa çatdırılması üçün son tarix olacaq.

Ümid edirik ki, bu, layihənin sonu deyil, ölkələrimiz arasındabiznesi inkişaf etdirmək istəyən şirkətlər üçün gözəl bir başlanğıcolacaq. Bu kontekstdə biz KOBİA və AZPROMO ilə əməkdaşlığa açığıqvə gələcəkdə layihə başa çatdıqdan sonra biznesi dəstəkləmək vəmilli bazarlara çıxışı təmin etmək məqsədilə təşkilatlarımızarasında Əməkdaşlıq Memorandumlarının imzalanmasına hazırıq", —deyə Liqa Siçeva vurğulayıb.

Məqalədə:
Chosen
27
az.trend.az

1Sources