Azərbaycan İnternational Telecom (AzİnTelecom) MMC-nin keçirdiyi tenderlərdən ikinsinin nəticələri ləğv olunub.XALQ.AZ Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Həmin məlumatlarda deyilir ki, AzİnTelecom-un ləğv olunan tenderlərindən biri müəssisə daxili tədbirlərin təşkili xidmətlərinin satın alınması ilə bağlı olub. Bu məqsədlə 250 min manat pul ayıran MMC, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsini pozub. Həmin qanuna əsasən şirkət müsabiqəyə qatılmış şirkətlərin heç birinin şərtlər toplusuna cavab verməyib. Yəni, tenderi udan şirkət qanunla prosesə buraxılmamalıymış.
İkinci tenderin məbləği isə çox böyükdür. Belə ki, “Hökumət Buludu” layihəsi çərçivəsində mövcud şəbəkənin genişləndirilməsi məqsədilə avadanlıqların satın alınmasını ehtiva edən bu müsabiqə üçün 13 milyon manat nəzərdə tutulubmuş. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin nəticələrini ləğv etməklə yanaşı, AzİnTelecom MMC-yə protokol da tətbiq edib. Həmin protokolda məbləğin şişrdilməsi ehtimalıdan tutmuş, gizli sövdələşmə ola bilərə, oradan da qanunun bir sıra tələblərinin pozulmasına qədər bir çox məsələlər yer alıb.
Qeyd edək ki, AzİnTelecom-un rəhbəri Elxan Əzizovdur.