EN

Ermənistana verilən silahlarla bağlı fərqli iddia: Paşinyan gizlicə...

Ermənistan Yunanıstandan aldığı silahları Ukraynaya ötürə bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Fransa bütün vasitələrlə sülh gündəmini pozmağa çalışır:

“Yunanıstan Fransanın təlimatı ilə "S-300", "TOR-M1" və "OSA-AKM" hava hücumundan müdafiə sistemlərini Ermənistana verir, bəlkə də artıq göndərilib. Əvəzində Fransa Yunanıstana “Rafale” qırıcıları və müdafiə sistemləri verəcək. Anlaşmaya görə, Yunanıstan bu silahları Ukraynaya verməliydi, amma planda dəyişiklik edildikdən sonra Ermənistana göndərilir. ABŞ da Türkiyədən "S-400" sistemlərini Ukraynaya verməyi təklif etmişdi, amma Ankara bunu sərt təpki ilə qarşılamışdı. İndi mövzu Ermənistan olduqda, susurlar, Ukrayna yadlarına düşmür.

Yunanıstanın Ermənistana silah verməsi Azərbaycanla sülh prosesinə mane olmaq və İrəvanın Türkiyə ilə əlaqələrinin normallaşmasının qarşısını almaq cəhdidir. Əlbəttə, Ermənistana verilən köhnə sistem və silahlar Azərbaycana qarşı təhlükə yaratmır, ordumuzun arsenalında ən müasir silahlar var. Amma Fransa var gücü ilə yenə də Azərbaycana problemlər yaratmağa çalışır”.

Məhəmməd Əsədullazadənin fikrincə, Afina və Paris Ermənistanı silahlandırmaqla Baş nazir Nikol Paşinyanı sülh gündəliyini bağlamağa məcbur edirlər:

“Paşinyan isə Rusiya silahlarından imtina edir. Fransa və Yunanıstan isə Ermənistana Rusiya silahları göndərirlər. Ermənistan Yunanıstandan göndərilən bu silahları Ukraynaya verə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
6
1
teleqraf.com

2Sources