Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Türkiyənin "Fənərbağça" klubuna Sadio Maneni təklif edib.
"Cebheinfo.az" xəbər verir ki, İstanbul təmsilçisi isə bu təklifi rədd edib.
Buna səbəb futbolçunun davamlı olaraq zədələnməsi və əvvəlki performansından çox uzaq olmasıdır. Üstəlik, baş məşqçi Joze Mourinyo Manenin mövqeyində oynaya biləcək çox sayda oyunçusu olduğu üçün bu transferə müsbət yanaşmayıb.
Qeyd edək ki, dünya ulduzu Mane bu mövsüm meydana çıxdığı 11 matçda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.