EN

Azərbaycanın dövlət borcu açıqlandı

Bakı. Trend:

Cari ilin oktyabrın 1-i vəziyyətinə Azərbaycanın xarici dövlətborcu 5.299,1 milyon ABŞ dolları və ya 2024-cü ilüzrəproqnozlaşdırılan 121.342,5 milyon manat məbləğində ÜmumiDaxili Məhsulun (ÜDM) 7,4 faizini təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin ötən dövrü ərzində cə lb edilənvəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xaricivalyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla,2024-cü ilin 1 oktyabr tarixinə xarici dövlət borcu ilin əvvəli iləmüqayisədə mütləq ifadədə 1.162,1 milyon ABŞ dolları və ya 18 faizazalıb.

1 oktyabr 2024-cü il tarixinə xarici dövlət borcunun valyutatərkibi aşağıdakı kimi olub:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) –3,7 faiz;

ABŞ dolları ilə – 86,1 faiz;

Avro – 6,1 faiz;

Yapon yeni – 3,4 faiz;

Digər valyutalar – 0,7 faiz.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borcməbləğinin 48,3 faizini, sabit dərəcə ilə olanlar isə 51,7 faizinitəşkil edib. Xarici dövlət borcunun 48,5 faizi 5 ilə qədər olanmüddətdə, 44,5 faizi 5 ildən 10 iləqədər olan müddətdə, 7,0 faiziisə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarındaninfrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlbedilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarındayerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinəfaktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdənibarətdir.

Chosen
8
4
az.trend.az

5Sources