EN

QAİ Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib

Qərbi Azərbaycan İcması (QAİ) Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərin narahatlığını ifadə edir.

Bu barədə icmanın bəyanatında qeyd edilib.

"Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbi azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununla bağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsız qalıb", - bəyanatda vurğulanıb.

Bəyanatda "ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öz torpaqlarında dinc şəraitdə yaşamasını istərdik” deyən Polşa prezidentinə xatırladılıb ki, Azərbaycan əraziləri işğal altında olarkən İcma Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidi olmayıb.

Chosen
9
12
aznews.az

10Sources