EN

Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün seminar keçirib

Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə hakimlər və hakim olmaq istəyənlər üçün maarifləndirici və məlumatlandırıcı seminar keçirilib.

Federasiyadan "İki sahil"ə verilən məlumata görə, baş hakim Gündüz Abdullayevin rəhbərliyi ilə gerçəkləşən seminarda 36 nəfər iştirak edib.

Bunda məqsəd dekabrda keçiriləcək respublika çempionatı, birinciliyi və 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlarda iştirak etmək üçün hakimlərin seçimi və nəzəri təcrübələrinin artırılması olub.

Nəzəriyyəni uğurla başa vuran hakimlər dekabrda sınaq imtahanında iştirak edəcəklər.

Chosen
7
3
ikisahil.az

4Sources