EN

Azərbaycanda 7 gün iş olmayacaq DƏYİŞDİRİLDİ

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Paytaxt.org xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

Chosen
4
49
paytaxt.org

10Sources