EN

Rusiyalı menecer: “Berdıyev bu xəbərlərə əhəmiyyət vermədi”

“Turan Tovuz”un qapıçısı İvan Konovalovun agenti Stanislav Stanislavski Rusiya mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, “Matç TV”yə danışan agent bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin ayrılıq iddialarına toxunub:

“Berdıyev dərhal məsələnin doğru olmadığını bildirdi. Buna əhəmiyyət vermədi və işləməyə davam etdi. Klub da bu söz-söhbətlərə reaksiya vermədi”.

Stanislav müştərisi İvanın Rusiya yığmasına dəvət almamasına münasibət bildirdi:

“Konovalov karyerasının ən yaxşı mərhələsindədir. Azərbaycanda müsbət çıxışı ilə yadda qalır. Komandası ilk “üçlük”dədir və çempionluq uğrunda mübarizə aparır. Rusiyada çoxlu zədəli qapıçılar və Konovalovun bu duruma nə üçün yığmaya çağırılmadığını başa düşə bilmədim”.

İvan Konovalov bu mövsüm “Turan Tovuz”la 13 oyuna çıxıb. O, bu görüşlərin 7-də qapısını toxunulmaz saxlayıb.

Chosen
15
futbolpress.az

1Sources