Quba rayonunda beş min sot ərazini əhatə edən meyvə bağı 6,5 milyon manata satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, fermer təsərrüfatı rayonun Afurca kəndində yerləşir. Belə ki, 5 ha ərazini əhatə bağda müxtəlif meyvə ağacları mövcuddur.
Bağda üzüm, alma, armud, gilas, şaftalı və digər meyvələr yetişdirilir. Bağın su təminatının dayanıqlığı üçün ərazidə süni su anbarı da inşa olunub.
Qeyd edək ki, Afurca kəndi eyni zamanda turizm baxımından inkişaf etmiş yaşayış məntəqələrindən biridir. Kəndin ərazisində eyni adlı şəlalə də mövcuddur.
Xatırladaq ki, gələn ilin yanvarın 1-dən damcı suvarma sistemi ilə təmin olunmuş intensiv meyvə bağları üçün müxtəlif şərtlər müəyyən edilib.
©Ä°qtisadiyyat.az