EN

Berdiyev “Adana Dəmirspor”un forvardını aldıra biləcəkmi?

“Adana Dəmirspor”un və Qazaxıstan millisinin hücumçusu Abat Aymbetov karyerasını Azərbaycanda davam etdirə bilər.

Bu iddia ilə “vesti.kz” portalı çıxış edib.

Qazax həmkarlarımızın yazıdğına görə, Kurban Berdıyev forvardı “Turan-Tovuz”a gətirmək istəyir.

Məlumatda qeyd olunur ki, Tovuz təmsilçisinin çalışdırıcısı 29 yaşlı hücumçunu bu payızda sərəncamında görmək istəsə də, sonradan “transfer pəncərəsi” başa çatana qədər müqavilə bağlana bilməyib: Ola bilsin ki, “Turan Tovuz” qarşıdakı qışda bu məsələni həll etsin”

Aymbetovun “Adana Demirspor”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Berdiyev onu Qazaxıstanda - “Kayrat“da işlədiyi dönəmdən yaxşı tanıyır.

Yerli menecerlər Abatın mövcud durumu barədə “Turan“ın sükançısını məlumatlandırıb. Ona məlum olub ki, yığmanın üzvü Super Liqadakı durumundan məmnun deyil.

Çünki Adana klubu futbolçu qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmir. Qazaxıstanlı bir neçə aydır maaş almır.

Odur ki, Aymetovun FİFA-ya şikayət etməsi gündəmdədir. “Adana Demirspor” isə legionerini heç bir ödəmə istəmədən buraxmağa hazırdır. Təki o, alacaqlarından imtina etsin.

Abbatı bura gətirmək üçün Ehtiram Quliyevə hər bir halda baha başa gələcək. Qərb təmsilçisinin İdarə Heyətinin sədri qazaxıstanlını razı salmaqdan ötrü minimum 350-400 min dollarından keçməlidir.

SPORTİNFO.AZ

Chosen
22
sportinfo.az

1Sources