EN

“Microsoft”a qarşı genişmiqyaslı araşdırma başlayıb

ABŞ Federal Ticarət Komissiyası (FTC) Microsoft-a qarşı geniş antiinhisar araşdırmasına başlayıb. Bu barədə Bloomberg mənbəyə istinadən yazıb. 

Araşdırma şirkətin fəaliyyətinin müxtəlif istiqamətlərinə, o cümlədən bulud hesablamalarına, kibertəhlükəsizlik və süni intellekt inkişaflarına aiddir.

FTC kibertəhlükəsizliklə bağlı insidentlərdən sonra Microsoft-u yaxından izləyir.
 
Şirkət əsas dövlət podratçısıdır və Pentaqon da daxil olmaqla bir çox ABŞ agentliklərinə milyardlarla dollar dəyərində proqram təminatı və xidmətlər təqdim edir.
 
Aytac 

www.anews.az
Chosen
9
anews.az

1Sources